Bakı. Trend:
2026-cı ilin mart ayında Azərbaycanda kredit kartlarından istifadə olunmaqla aparılan əməliyyatların sayı 13,329 milyon, ümumi həcmi isə 714 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
2025-ci ilin mart ayı ilə müqayisədə kredit kartları ilə aparılan əməliyyatların sayı 2,354 milyon və ya 21,4%, onların ümumi həcmi isə 6 milyon manat və ya 0,8% azalıb.
2025-ci ilin mart ayında kredit kartları ilə aparılan əməliyyatların sayı 10,975 milyon, ümumi həcmi isə 708 milyon manat təşkil edib.
Qeyd edək ki, fevral ayına olan vəziyyətə görə Azərbaycanda bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı öncəki ayla müqayisədə 62 min ədəd artıb və ümumilikdə 22 milyon 409 min ədəd təşkil edib.
