Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında AYİB-in iştirakı dəyərləndirilib

İqtisadiyyat Materials 1 May 2026 22:39 (UTC +04:00)
Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında AYİB-in iştirakı dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirakı müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının icraçı direktoru Elisabetta Falcetti ilə görüş keçirdik.

Görüşdə nəqliyyat və rəqəmsallaşma sahələrində əməkdaşlıq, Orta Dəhliz və xüsusilə Zəngəzur dəhlizinin, o cümlədən Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə həyata keçirilən layihələrdə Bankın mümkün iştirakı məsələlərini müzakirə etdik.

Eyni zamanda şəhər nəqliyyatı, eləcə də kibertəhlükəsizlik, süni intellekt və elektron hökumət sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti