Bakı. Trend:
Cari ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə qurumları tərəfindən buraxılmış "Visa" ödəniş kartları üzrə əməliyyatların sayı 167,896 milyon, əməliyyatların həcmi isə 8,696 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 72,485 milyon (yəni 76%), həcmi isə 3,163 milyard manat (yəni 57%) artıb.
Eyni zamanda, qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış Visa kartları üzrə əməliyyatların sayı 625,8 min, həcmi isə 54 milyon manat təşkil edib.
Qeyd edək ki, mart ayının sonuna olan məlumata görə, banklar və “Azərpoçt” MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ay ilə müqayisədə 62 min ədəd artaraq 22 milyon 409 min karta çatıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.
