Bakı. Trend:
Mali Silahlı Qüvvələri son 24 saat ərzində ölkə daxilində aparılan kəşfiyyat əməliyyatları zamanı 200-dən çox terrorçunu zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Baş Qərargahı xəbər verib.
"200-dən çox terrorçu zərərsizləşdirilib. Hərbçilərin böyük karvanları vurulub. Bir neçə ağır texnika vahidi və onlarla yüngül nəqliyyat vasitəsi məhv edilib", - deyə bildirilib.