Bakı. Trend:
Ağ Ev ABŞ Konqresinə İrana qarşı aparılan hərbi əməliyyatların başa çatdığını rəsmi şəkildə bəyan edib.
Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consona ünvanladığı məktubda qeyd olunub.
Məlumata görə, 28 fevral 2026-cı ildə start götürən hərbi əməliyyatlar artıq yekunlaşıb.
ABŞ prezidenti eyni məzmunlu müraciəti vitse-prezident Cey Di Vensin yoxluğunda Senata rəhbərlik edən Çak Qrasliyə də göndərib. ABŞ Konstitusiyasına əsasən, vitse-prezident Senatın sədri sayılır.
Tramp həmçinin xatırladıb ki, 7 aprel tarixində İranla iki həftəlik atəşkəs elan olunub və sonradan bu rejim uzadılıb. Onun sözlərinə görə, 7 aprel 2026-cı ildən etibarən ABŞ və İran qüvvələri arasında atışma qeydə alınmayıb.
