ABŞ-ın dövlət borcu 2027-ci ilə qədər ÜDM-in 120%-ni keçə bilər

Dünya xəbərləri Materials 1 May 2026 03:26 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin dövlət borcunun həcmi 2027-ci ilə qədər ÜDM-nin 120%-ni keçə bilər.

Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings" Beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.

"Biz dövlət büdcəsi kəsirinin bu il və gələn il ÜDM-in 7,9%-ni təşkil edəcəyini gözləyirik. Biz hesab edirik ki, gələn ilə qədər onsuz da yüksək olan dövlət borcunun səviyyəsi ÜDM-in 120%-ni keçəcək", - deyə qeyd olunub.

ABŞ-nin dövlət borcu hazırda 39,1 trilyon dolları keçib ki, bu da adambaşına 114 min dollardan çoxdur.

Xəbər lenti

Xəbər lenti