Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 30 Aprel 2026 14:10 (UTC +04:00)
Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün növbəti köç karvanı ilə Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Xocavənd kəndinə 32 ailə olmaqla 135 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

xxx
13:38

Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç prosesi olub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bu gün Xocavənd kəndinə 32 ailə olmaqla 135 nəfər qayıdıb.

Kəndə köçürülən ailələr ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıb.

xxx
12:25

Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Xocavənd rayonunun Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Xocavənd kəndinə 32 ailə - 135 nəfər köçürülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti