ÇL-də həftənin futbolçusu adına namizədlər açıqlanıb

İdman Materials 30 Aprel 2026 09:23 (UTC +04:00)
ÇL-də həftənin futbolçusu adına namizədlər açıqlanıb

Bakı. Trend:

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Trend xəbər verir ki, bu ada PSJ-dən Usman Dembele və “Atletiko”dan Antuan Qrizmann iddia edir.

Qrizmann "Arsenal"la 1:1 hesablı heç-heçə etdikləri görüşdə sona qədər oynayıb. Lakin fransız futbolçu qol və ya qol ötürməsi ilə fərqlənməyib. Dembele isə "Bavariya"ya 5:4 hesabıilə qalib gəldikləri oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti