Serbiyada ehtiyatlardan on minlərlə ton neft hasil olunacaq - Vuçiç

Dünya xəbərləri Materials 30 Aprel 2026 07:55 (UTC +04:00)
Serbiyada ehtiyatlardan on minlərlə ton neft hasil olunacaq - Vuçiç

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkədə ehtiyatlardan əlavə olaraq on minlərlə ton neft çıxarılması planlaşdırılır.

Trend xəbər verir ki, o, bu barədə "TV Blic"ə verdiyi müsahibədə danışıb.

Vuçiç qeyd edib ki, neft hasil edildikdən sonra ehtiyatların yenidən formalaşdırılması zəruridir və bu da əlavə maliyyə yükü yaradır.

"Bunu kompensasiya etmək üçün hazırda 17 milyon avro çatışmır", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu məsələ artıq maliyyə naziri Sinişa Mali ilə razılaşdırılıb.

Serbiya Prezidenti əlavə edib ki, əvvəllər bəzən ciddi qəbul olunmayan ehtiyatların yaradılması məsələsinin əhəmiyyəti hazırkı şəraitdə daha aydın görünür.

Xəbər lenti

Xəbər lenti