Azərbaycan Danimarka şirkəti ilə külək turbinlərinin istehsalının lokallaşdırılmasını dəyərləndirib

İqtisadiyyat Materials 29 Aprel 2026 19:26 (UTC +04:00)
Azərbaycan Danimarka şirkəti ilə külək turbinlərinin istehsalının lokallaşdırılmasını dəyərləndirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Danimarkanın "Vestas Wind Systems A/S" şirkəti ilə külək turbinlərinin istehsalının lokallaşdırılmasını müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Danimarkanın "Vestas Wind Systems A/S" şirkətinin marketinq, kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş keçirdik.

Görüş zamanı Azərbaycanın "yaşıl enerji" ixracı üzrə regional mərkəzə çevrilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik.

Birgə layihələrin həyata keçirilməsi, "Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində külək enerjisinin ixracı və şirkət tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivlərini nəzərdən keçirdik", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti