Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2026 14:28 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşları qəbul edib (FOTO)

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti vətəndaş qəbulunu keçirib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qəbulda rayon sakinlərinin müraciətləri fərdi qaydada dinlənilib. Müraciətlər məşğulluq, sosial müdafiə, su təchizatı, sel sularının yaratdığı fəsadların aradan qaldırılmasına köməklik göstərilməsi və digər sahələri əhatə edib.

Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti