WUF13 zamanı metroda qrafik dəyişəcək

Cəmiyyət Materials 29 Aprel 2026 10:45 (UTC +04:00)
WUF13 zamanı metroda qrafik dəyişəcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Metropoliteni WUF13 dövründə gücləndirilmiş iş rejiminə keçəcək. Sərnişin axınının tənzimlənməsi məqsədilə bəzi stansiyalara əlavə işçi qüvvəsi və könüllülər cəlb ediləcək, eyni zamanda xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkilinə uyğun olaraq metroda hərəkət qrafikinə zəruri düzəlişlər ediləcək, pik saatlarda isə intervallar minimuma endiriləcək.

"Tədbir günlərində metrodan ödənişsiz istifadə ilə bağlı qərarlar yalnız WUF13 Əməliyyat Şirkəti ilə birgə fəaliyyət çərçivəsində ictimaiyyətə açıqlanacaq",- deyə qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti