III Çarlz London və Vaşinqton arasında münasibətlərin gücləndirilməsinə çağırıb

Dünya xəbərləri Materials 29 Aprel 2026 01:57 (UTC +04:00)
III Çarlz London və Vaşinqton arasında münasibətlərin gücləndirilməsinə çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Kralı III Çarlz London və Vaşinqton arasındakı münasibətlərin unikal təbiətindən danışaraq, mövcud qlobal hadisələr fonunda onun gücləndirilməsinin vacibliyini vurğulayıb.

Trend-in məlumatına görə, bu barədə III Çarlz ABŞ Konqresində çıxışında bildirib.

"Mən inanıram ki, bu xüsusi tərəfdaşlıq indi əvvəlkindən daha vacibdir", - deyə o qeyd edib.

Monarx ümid etdiyini bildirib ki, Britaniya və ABŞ ortaq dəyərlərini qorumağa davam edəcəklər. O, bəzi fərqlərə baxmayaraq, hər iki xalqın "ortaq demokratik, hüquqi və sosial ənənələrin bəhrəsi" olduğuna inanır.

III Çarlz əməkdaşlığı inkişaf etdirməyin və gələcəyə baxmağın vacibliyini vurğuladı. "Bu gözlənilməz dövrdə ittifaqımız yalnız keçmiş nailiyyətlərə etibar edə bilməz", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti