Azərbaycan manatının nominal və real effektiv məzənnəsi açıqlandı

İqtisadiyyat Materials 29 Aprel 2026 14:46 (UTC +04:00)
Azərbaycan manatının nominal və real effektiv məzənnəsi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 1 aprel tarixinə Azərbaycan manatının xarici valyutalara nisbətdə ümumi nominal effektiv məzənnəsi 103,9 faiz bəndi təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici aylıq ifadədə 2,1 faiz bəndi , ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 faiz bəndi artıb.

Eyni zamanda, cari ilin 1 aprel tarixinə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 176,2 faiz bəndi təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3,3 faiz bəndi çoxdur, lakin ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

Bundan əlavə, 2026-cı ilin 1 aprel tarixinə manatın ümumi real effektiv məzənnəsi 117,7 faiz bəndi olub. Bu göstərici aylıq ifadədə1,9 faiz bəndi artıb, illik ifadədə isə 2,8 faiz bəndi azalıb.

Həmçinin, hesabat dövründə qeyri-neft sektoru üzrə manatın real effektiv məzənnəsi 113 faiz bəndi təşkil edib ki, bu da aylıq ifadədə 1,8 faiz bəndi artım, illik ifadədə isə 2,8 faiz bəndi azalma deməkdir.

Eyni zamanda, cari ilin 1 aprel tarixinə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 176,2 faiz bəndi təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3,3 faiz bəndi çoxdur, lakin ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti