Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyon manat təşkil edib.
Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2% çoxdur.
