Dövlət istiqrazları üzrə ödənişlərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 28 Aprel 2026 15:02 (UTC +04:00)
Dövlət istiqrazları üzrə ödənişlərin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1 milyard 310,9 milyon manat məbləğində əsas borc ödənişləri, 132,5 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bundan başqa, hesabat tarixinə dövriyyədə olan 7 milyard 695,5 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 54,4 faizi 2 və 3 illik, 45,6 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

2026-cı ilin 1 aprel tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,60 təşkil edib. Cari ilin 3 ayı ərzində qısamüddətli dövlət istiqrazlarınındövriyyə müddətinin bitməsi dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti