Bakı. Trend:
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 29-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava müşahidə olunacaq.
Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
Belə ki, sabah magistral yollarda görünüş məsafəsi 300-800 metrədək məhdudlaşa bilər.
