AZCON Holding-in icraçı direktoru Şahin Babayev “AD Ports Group”un regional icraçı direktoru ilə görüş keçirib (FOTO)

İqtisadiyyat Materials 28 Aprel 2026 16:56 (UTC +04:00)
AZCON Holding-in icraçı direktoru Şahin Babayev “AD Ports Group”un regional icraçı direktoru ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

AZCON Holding-in icraçı direktoru Şahin Babayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupunun (AD Ports Group) Mərkəzi Asiya və Şərqi Avropa üzrə regional icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı nəqliyyat və logistika infrastrukturu üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Bununla yanaşı, logistika sahəsində rəqəmsal həllərin tətbiqinə dair danışıqların mövcud vəziyyəti nəzərdən keçirilib, birgə investisiya imkanları ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti