Sabunçuda çökən tunel bərpa ediləcək

Cəmiyyət Materials 28 Aprel 2026 13:11 (UTC +04:00)
Sabunçuda çökən tunel bərpa ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonunda tuneldə baş verən çökmə aradan qaldırılacaq.

Trend-in məlumatına görə, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.

Belə ki, Sabunçu rayonu, A.Əsədullayev küçəsi, tunelin daxili d1000 mm kanalizasiya kollektorunda və d600mm kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq və xətt bərpa ediləcək.

Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti