Azərbaycan AYİB ilə ölkədəki makroiqtisadi mühiti müzakirə edib

İqtisadiyyat Materials 27 Aprel 2026 23:11 (UTC +04:00)
Azərbaycan AYİB ilə ölkədəki makroiqtisadi mühiti müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüslər müzakirə edilib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionunda maliyyə institutu üzrə direktoru Corc Orlovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş çərçivəsində ölkədəki makroiqtisadi mühit, maliyyə sabitliyi ilə bağlı aktual məsələlər, AYİB-in Azərbaycandakı fəaliyyəti və icra olunmuş layihələrin cari vəziyyəti müzakirə edilib, eləcə də maliyyə nəzarəti və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətləri nəzərdən keçirilib.

Görüşdə həmçinin maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüslər və AYİB tərəfindən Mərkəzi Bank üçün texniki yardım imkanları üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti