Bakı. Trend:
Mayın 5-8-də "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunda, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ilk dəfə olaraq "Hosted Buyer" (Alıcı Missiyası) proqramı təşkil olunacaq.
Trend xəbər verir ki, “Hosted Buyer” çərçivəsində sərgilərə Rusiyanın “Lenta”, “Samokat”, “Fresh market” hipermarketləri və digər şirkətlər qatılacaq.
“Caspian Agro Week” və “InterFood Azerbaijan”ın tədbirlər proqramı “Caspian Agro Week” və “InterFood Azerbaijan” çərçivəsində 4 gün ərzində işgüzar proqram təqdim olunacaq. Proqrama beynəlxalq forumlar, panel müzakirələr, sahə üzrə təqdimatlar və master-klasslar, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.
Sərgilərin təqdimat zonasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bir sıra forumlar keçiriləcək: 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu, Risklərə Qarşı Aqrar Sığortanın Gücü Forumu, Dövlət–özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu, "AGROSCIENCE" Forumu, 5-ci Aqrobiznesin İnkişafı Forumudur.
