İlin ilk rübündə Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsinin həcmi açıqlandı

İqtisadiyyat Materials 28 Aprel 2026 04:55 (UTC +04:00)
İlin ilk rübündə Azərbaycan və Çexiya arasında ticarət dövriyyəsinin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanla Çexiya arasında ticarət əməliyyatlarının həcmi 195,7 milyon ABŞ dolları təşkil edib.

Trend Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 126,4 milyon ABŞ dolları və ya 39,2 faiz azdır.

Hesabat dövründə Çexiya ilə ticarət dövriyyəsinin Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 2,08 faiz təşkil edib. Beləliklə, Rumıniya Azərbaycanın həmin dövr ərzində ən çox ticarət əməliyyatları apardığı ölkələr arasında 9-cu yeri tutub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Çexiyaya 185,6 milyon dollar dəyərində məhsul ixrac olunub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisdəə 39,2 faiz və ya 119,7 milyon ABŞ dolları azdır.

Hesabat dövründə Azərbaycan Çexiyadan 10,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 milyon ABŞ dolları vəya 39,5 faiz azdır.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞ dolları və ya 21,9% azdır.

İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə 4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞ dolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya 29,3% azalıb.

Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti