Bu il bağça müəllimləri ilk dəfə sertifikatlaşdırma imtahanı verəcək - Eşqi Bağırov

Cəmiyyət Materials 28 Aprel 2026 12:15 (UTC +04:00)
Bu il bağça müəllimləri ilk dəfə sertifikatlaşdırma imtahanı verəcək - Eşqi Bağırov
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il bağça müəllimləri - metodistlər və tərbiyəçi müəllimlər də ilk dəfə olaraq sertifikasiya imtahanından keçiriləcək.

Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması prosesinin bu il sonuncu mərhələsi keçirilir:

"İndiyədək bu prosesə 80 mindən çox müəllim cəlb olunub, cari ildə isə bu rəqəmin 100 minə çatdırılması nəzərdə tutulur. Bu il təxminən 20 min müəllim ilk dəfə sertifikatlaşdırmadan keçəcək. Sentyabr ayından etibarən sertifikatlaşdırmada yüksək nəticə göstərərək əməkhaqqı artımı alan müəllimlərin sayının 90 minə çatdırılması planlaşdırılır. Sertifikasiya imtahanlarının təxmini vaxtı isə 17-25 iyul tarixlərində nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti