Dnestryanı region olmadan da Avropa İttifaqına qoşula bilərik - Sandu

Dünya xəbərləri Materials 28 Aprel 2026 13:51 (UTC +04:00)
Dnestryanı region olmadan da Avropa İttifaqına qoşula bilərik - Sandu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moldovanın Rumıniyanın tərkibinə daxil olması Kişinyovun Avropa İttifaqına (Aİ) üzvlüyünü sürətləndirəcək.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu danışıb.

“Bu, bizim Avropa İttifaqına daha tez qoşulmağımıza imkan verərdi və bizə çox kömək olardı”, - deyə o bildirib.

Moldova Prezidenti qeyd edib ki, belə bir qərar vətəndaşların əksəriyyəti tərəfindən qəbul edilməlidir.

Sandu Aİ-yə qoşulmanın alternativ yollarından da danışıb.

"Moldova separatçı Dnestryanı region olmadan da birliyə qoşula bilər. Bu, mümkün həll yoludur,”- deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti