Qusar və Şabranda yollar bərpa olunacaq

Cəmiyyət Materials 28 Aprel 2026 13:33 (UTC +04:00)
Qusar və Şabranda yollar bərpa olunacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qusar rayonunda Qusar–Əniq–Laza yolunun 35-ci km-də 4 ədəd borunun, yolun hərəkət hissəsinin bərpası və 2 yerdə yeni körpünün tikintisi həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.

Həmçinin Şabran rayonunda Düzbilici–Vələsi–Çinarlar yolunun 5-ci km-də yolun, 8-ci km-də 1 ədəd borunun, 16-cı və 18-ci km-də 2 ədəd körpünün bərpası həyata keçiriləcək.

Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti