Paytaxtın daha 4 ərazisində təmir işləri icra edilib (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2026 08:45 (UTC +04:00)
Paytaxtın daha 4 ərazisində təmir işləri icra edilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın daha 4 ərazisində təmir işləri icra edilib.

Bu barədə Trend-ə Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

"Həftəsonu daha 4 ərazidə təmir işləri icra edilib:

1. Rəşid Behbudov küçəsi (28 may-Ş.Bədəlbəyli küçələri arası)

2. Səməd Vurğun küçəsi (H.Ələsgərov-A.A. Bakıxanov küçələri arası)

3. Səməd Vurğun küçəsi (Füzuli-S.Əsgərova küçələri arası)

4. Heydər Əliyev prospekti (Ə.Qayıbov küçəsi ilə kəsişmə - köməkçi yol)

Ümumilikdə təmir işləri 20 min kv.m-dən çox ərazini əhatə edib.

Minimum narahatlıq yaratmaq üçün təmir işləri şənbə və bazar günləri icra edilib.

Fasiləsiz çalışırıq ki, yolunuz açıq olsun!", - məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti