Bakı.Trend:
Son bir neçə gün ərzində Banqladeşdə azı 14 nəfər ildırım vurması nəticəsində həyatını itirib.
Trend xəbər verir ki, bu barədə “Dhaka Tribun” qəzeti yazır.
Qəzetin məlumatına görə, bədbəxt hadisə nəticəsində həlak olanların əksəriyyəti kəndlilərdir və onlar əlverişsiz havada tarlada olarkən həlak olublar. Onların çoxunun hadisə vaxtı leysan yağışdan qorunmaq üçün ağacların altında gizləndiyi bildirilir.
Rəsmi statistikaya görə, Banqladeşdə hər il ildırımvurmasından yüzlərlə insan həyatını itirir. 2016-cı ildə bu rəqəm 200-ə çatıb: Onlardan 82-i eyni gündə həlak olublar.
