Xüsusi təyinatlılar talassemiya və digər xəstələr üçün qan verdi (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2026 17:21 (UTC +04:00)
Xüsusi təyinatlılar talassemiya və digər xəstələr üçün qan verdi (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümü ərəfəsində N hərbi hissəsində könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, qanvermə aksiyasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Qan Bankının mobil şəraitdə qan tədarükü şöbəsinin həkim-tibb heyəti tərəfindən donorların sağlamlıqları yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunması üçün aidiyyəti üzrə təhvil veriləcək.

Qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan ehtiyatının yaradılması, cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, o cümlədən qan və qan komponentləri ehtiyatının davamlı şəkildə təmin olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti