Ağcabədidə dəhşətli qətl: iki nəfər bıçaqlanaraq öldürüldü (YENİLƏNİB)

Hadisə Materials 27 Aprel 2026 12:49 (UTC +04:00)
Ağcabədidə dəhşətli qətl: iki nəfər bıçaqlanaraq öldürüldü (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Ağcabədidə iki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu barədə Trend-ə Ağcabədi rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq və Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

xxx

11:30

Ağcabədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

Belə ki, zərərçəkənlər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb. Nəticədə 1996-cı il təvəllüdlü Məmmədov Şaiq Telman oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Həsən Teymurxan oğlu aldıqları bıçaq xəsarətlərindən hadisə yerində həyatlarını itiriblər.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti