Ağdaşda sahibkarların qəbulu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2026 18:28 (UTC +04:00)
Ağdaşda sahibkarların qəbulu keçiriləcək

Bakı. Trend:

30 aprel 2026-cı il tarixində Ağdaş şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Ağdaş, Ucar və Göyçay rayonlarından olan sahibkarları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Ağdaş Rayon İcra Hakimiyyətinin inzibati binasında (Ağdaş şəhəri, Heydər Əliyev meydanı 2) keçiriləcək.

Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (Tel.: 055 500 12 37, e-mail: [email protected], Rahim Məmmədov, KOB dostu).

Xəbər lenti

Xəbər lenti