Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.
Danışıq zamanı Türkiyə prezidenti Vaşinqtonda Ağ Ev Müxbirlərinin Assosiyasının şam yeməyində baş verən hücum cəhdi ilə bağlı ABŞ prezidenti Trampa dəstəyini ifadə edib.
Prezident Ərdoğan hadisələri demokratiya və mətbuat azadlığına qarşı törədilən iyrənc bir hərəkət kimi qiymətləndirdiyini bildirib və yaralanan təhlükəsizlik xidməti əməkdaşının tezliklə sağalmasını arzulayıb.
