Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və helikopterləri dəniz blokadasının başlanğıcından bəri İranla əlaqəli 38 ticarət gəmisini ələ keçirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM).bildirib.
"ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərin giriş-çıxışının qarşısını alaraq, İran limanlarının blokadasını davam etdirir. Amerika qüvvələri 38 gəmiyə geri dönməyi və ya limana qayıtmağı əmr edib", - deyə qeyd olunub.
Bildirilib ki, xüsusilə, şənbə günü Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter, idarə olunan raket esminesi USS Pinckney-dən qalxaraq, ABŞ sanksiyaları altında olan Sevan ticarət gəmisini ələ keçirib. CENTCOM qeyd edib ki, ABŞ ordusunun göstərişi ilə o, İrana geri göndərilib.