Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb

İdman Materials 26 Aprel 2026 20:40 (UTC +04:00)
Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kubokunda final döyüşlərinə start verilib.

Trend xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.

75 kiloqramda mübarizə aparan boksçu Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya Kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycanın Dövlət Himnini səsləndirib.

Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kiloqram) bürünc medala yiyələnib.

Xəbər lenti

Xəbər lenti