Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı 31 yaşlı Kaliforniya sakini Koul Tomas Allen törədib.
Trend-in məlumatına görə, bu barədə "New York Post" qəzetinin jurnalisti Kerol Markoviç "X" sosial şəbəkəsində yazıb.
"Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxs Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allendir və hazırda həbsdədir", - deyə o bildirib.