Bakı. Trend:
Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma ilə bağlı bir nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Qulyelmi "X" sosial şəbəkəsində yazıb.
"Bir nəfər saxlanılıb", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma olub. ABŞ Məxfi Xidməti atışma ilə bağlı araşdırma aparır.
