TƏBİB son islahatlarla bağlı açıqlama verdi

Gündəm Materials 24 Aprel 2026 16:53 (UTC +04:00)
TƏBİB son islahatlarla bağlı açıqlama verdi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Həyata keçirilən islahatların dayanıqlı olması üçün insan resurslarının gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu baxımdan, davamlı islahatlar çərçivəsində tibb mərkəzlərinə, xüsusilə rəhbər heyətə təcrübəli, peşəkar və yüksək nüfuza malik kadrların cəlb olunması istiqamətində məqsədyönlü işlər aparılır:

"Əlbəttə ki, bütün bu proseslər prioritet istiqamətlər üzrə sistemli şəkildə davam etdirilir. Bu səbəbdən də rəqəmsallaşmanın genişləndirilməsi və vahid elektron sistemin formalaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım sisteminin təkmilləşdirilməsi, ilkin səhiyyə xidmətinin gücləndirilməsi, eləcə də tibb işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, həkimlərin hüquqlarının qorunması və peşənin nüfuzunun artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

Nəticə etibarilə, həyata keçirilən bütün bu tədbirlərin əsas məqsədi, TƏBİB-in fəaliyyətində ana xətt vətəndaş məmnuniyyətinin təmin olunması və səhiyyə sisteminə ictimai etimadın daha da gücləndirilməsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti