La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı

İdman Materials 24 Aprel 2026 23:04 (UTC +04:00)
La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı

Bakı. Trend:

İspaniya La Liqasında aprel ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Trend xəbər verir ki, "Malyorka"nı çalışdıran Martin Demişelis ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Argentinalı mütəxəssis son səsvermədə Almada ("Ovyedo") və Hans Fliki ("Barselona") məğlub edərək mükafatı qazanıb.

Qeyd edək ki, "Malyorka" apreldə La Liqada keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib.

Xəbər lenti

Xəbər lenti