ABŞ-də güclü meşə yanğınları: 90-a yaxın ev kül olub

Dünya xəbərləri Materials 24 Aprel 2026 12:30 (UTC +04:00)
ABŞ-də güclü meşə yanğınları: 90-a yaxın ev kül olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Corciya ştatında son iki gün ərzində meşə yanğınları nəticəsində 90-a yaxın ev yanaraq kül olub.

Trend xəbər verir ki, bu barədə “АВС News” telekanalı məlumat yayıb.

Məlumata görə, hava şəraitinin quru və isti olması, eləcə də şiddətli küləklər alovun daha geniş ərazilərə yayılmasına təsir edir. Yanğınsöndürənləri yanğın ocaqlarını söndürməkdə acizdir.

Ən güclü yanğın ocağı 13,7 min hektar sahəni əhatə edir. Alovun radiusu genişləndiyindən 1000-ə yaxın yaşayış evi və digər binalar təhlükə altındadır. Fəlakət zonasından minlərlə insan təxliyə olunur.

Ölən və yaralılar barəsində hələlik məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti