Süni intellektin hüquqi statusu müzakirə mövzusudur - Hicran Hüseynova

Cəmiyyət Materials 24 Aprel 2026 11:46 (UTC +04:00)
Süni intellektin hüquqi statusu müzakirə mövzusudur - Hicran Hüseynova
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellektin sürətlə yayılması əqli mülkiyyət sahəsində yeni və mürəkkəb suallar formalaşdırır.

Trend xəbər verir ki, bunu deputat Hicran Hüseynova bu gün Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, süni intellekt müxtəlif istiqamətlərdə əqli mülkiyyətlə kəsişir:

"Bu texnologiyalar vasitəsilə yaradılan məhsulların real sahibinin kim olduğu məsələsi artıq aktual müzakirə mövzusuna çevrilib. Ənənəvi hüquqi yanaşmalar insan yaradıcılığına əsaslandığı halda, süni intellektin iştirakı bu sərhədləri qeyri-müəyyən edir. Süni intellekt müxtəlif istiqamətlərdə əqli mülkiyyətlə kəsişir. Dünyanın bir çox ölkəsində bu sahədə strategiyalar qəbul olunaraq icraya yönəldilib.

Azərbaycanda da Süni İntellekt Strategiyası 2025–2028-ci illər çərçivəsində bu istiqamətdə hüquqi və institusional baza formalaşdırılır, yeni çağırışlara uyğun normativ mexanizmlər hazırlanır.

Mühüm müzakirə mövzularından biri süni intellekt sistemlərinin hüquqi statusudur. Bəzi mütəxəssislər hesab edir ki, süni intellekt ayrıca hüquqi subyekt kimi qəbul edilməməli, yalnız bir alət və ya əmtəə kimi qiymətləndirilməlidir. Digər yanaşmaya görə isə süni intellektin müstəqil qərarvermə qabiliyyəti onun hüquqi statusunun daha dərindən araşdırılmasını tələb edir.

Bununla yanaşı, süni intellektin patent hüququna malik obyektlər yaradıb-yarada bilməsi də ciddi mübahisə doğurur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti