TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

Siyasət Materials 24 Aprel 2026 21:54 (UTC +04:00)
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılması faktını qəti şəkildə pisləyib.

Trend xəbər verir ki, bununla bağlı bəyanat TÜRKPA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Bəyanatda bildirilib ki, bu kimi addımlar qarşılıqlı hörmət prinsiplərinə zərbə vurur və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

Qeyd edilib ki, etnik nifrətin bu cür təzahürləri dinc yanaşı yaşamaq prinsipləri və məsuliyyətli ictimai davranış anlayışı ilə uzlaşmır.

“Həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bölgədə sabitliyin və konstruktiv əməkdaşlığın təmin olunması üçün dialoq, təmkin və qarşılıqlı hörmətin təşviqinin vacibliyini bir daha diqqətə çatdırırıq. Regionda sülhün, qarşılıqlı etimadın və hörmət mühitinin formalaşdırılması əsas prioritetlərdən biri olmalıdır”, - deyə bəyanatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti