Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 767 ton mis konsentratı istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, sözügedən məmulatların istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 min ton və ya 7,1 dəfə artıb.
Bu ilin aprelin 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır mis konsentratı ehtiyatı 2 762 ton təşkil edib.
Ümumilikdə, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7% azalıb.
