De Yonq "Barselona"nın tarixinə düşdü

İdman Materials 23 Aprel 2026 20:51 (UTC +04:00)
De Yonq "Barselona"nın tarixinə düşdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Barselona" İspaniya La Liqasının 33-cü turunda doğma meydanda "Selta"nı 1:0 hesabı ilə məğlub edib.

Trend xarici mediaya istinadən xəbər verir ki, qarşılaşma Frenki de Yonq üçün əlamətdar olub. 28 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində 293-cü oyununu keçirib.

De Yonq "Barselona"nın heyətində ən çox matça çıxan niderlandlı futbolçu olub. Təcrübəli oyunçu 292 görüşdə iştirak edən Filip Kokunu geridə qoyub.

Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən "Barselona"da çıxış edir. Niderland millisinin üzvü La Liqa nəhənginin forması ilə 20 qol vurub, 31 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti