Azərbaycan və Latviya XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb

Siyasət Materials 22 Aprel 2026 20:40 (UTC +04:00)
Azərbaycan və Latviya XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Latviya Respublikasının xarici işlər naziri Bayba Braje arasında görüş keçirilib.

Trend xəbər verir ki, Ceyhun Bayramov bu barədə özünün "X" hesabında paylaşım edib.

"Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri çərçivəsində latviyalı həmkarım Bayba Braje ilə görüşməkdən məmnun oldum.

Azərbaycan–Latviya münasibətlərinin daha da gücləndirilməsi, qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdik və regional, eləcə də qlobal proseslər barədə fikir mübadiləsi apardıq.

Nazirliklərimiz arasında Konsulluq məsələləri üzrə Anlaşma Memorandumunu da imzaladıq ki, bu da konsulluq əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımdır", - deyə paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti