Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin "BGP Inc." şirkəti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" hesabında paylaşım edib.
"Bu gün Çin Xalq Respublikasının “BGP Inc.” şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencun ilə səmərəli görüş keçirdik.
Görüş çərçivəsində SOCAR və “BGP Inc.” tərəfindən birgə təsis edilən “Caspian Geo” şirkətinin uğurlu fəaliyyətindən danışdıq, eyni zamanda cari layihələrin icrası, əməliyyat səmərəliliyinin artırılması və əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
