Bakı. Trend:
Özbəkistanlı futbolçular Sadriddin Xasanov və Sayfiddin Sodikov karyeralarını Portuqaliyada davam etdirəcəklər.
Trend xarici mediaya istinadən xəbər verir ki, "Braqa" hər iki oyunçunun keçidini həll edib.
"Braqa" onları icarəyə götürəcək. Futbolçular yayda Portuqaliya təmsilçisinin düşərgəsinə qatılacaq. Gənc istedadlar ümidləri doğrultsa, onlarla uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, Sadriddin Xasanov "Bunyodkor"da, Sayfiddin Sodikov isə "Andijan"da çıxış edir. Onların hazırda 17 yaşı var.
