Prezident İlham Əliyev: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdı (FOTO)

Siyasət Materials 22 Aprel 2026 19:54 (UTC +04:00)
Prezident İlham Əliyev: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdı.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri ilə əlaqədar “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

“Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdı. Əminəm ki, Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti