YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib

Cəmiyyət Materials 22 Aprel 2026 12:07 (UTC +04:00)
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri müəyyənləşib.

YAP-ın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 22-də Partiyanın İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda MSK-nın üzvü seçilmək üçün YAP-ın namizədlərinin Milli Məclisinə təqdim edilməsi məsələsinə baxılıb.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib.

Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.

İclasa yekun vuran YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilən etimadı doğruldacağına əminliyini ifadə edərək onlara uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti