...

Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi əhəmiyyətli dərəcədə artıb

Energetika Materials 21 Aprel 2026 23:27 (UTC +04:00)
Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi əhəmiyyətli dərəcədə artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Bolqarıstana 67,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 130,8 min ton neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə dəyər ifadəsində 19,7 milyon ABŞ dolları və ya 40,9 faiz, fiziki həcm baxımından isə 51,5 min ton və ya 64,9 faiz çoxdur.

Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Bolqarıstana 48,2 milyon ABŞ dolları dəyərindən bitumlu süxurlardan əldə edilmiş 79,3 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% , fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti