Bakı. Trend:
ABŞ və İran arasında mümkün razılaşma Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) iştirakı olmadan yalnız “razılaşma illüziyası” olacaq.
Trend-in məlumatına görə, bu fikri AEBA-nın baş direktoru Rafael Qrossi səsləndirib.
O bildirib: “Əgər razılaşma əldə olunarsa, AEBA mütləq prosesdə iştirak etməli və yoxlama aparmalıdır. Əks halda, bu, real razılaşma deyil, sadəcə onun illüziyası olacaq. Müfəttişlər əldə edilən razılaşmalara əməl olunmasını yoxlamaq üçün yerində olmalıdırlar”.
Qrossi daha əvvəl də vurğulayıb ki, Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı yoxlama mexanizmləri olmadan əldə edilən istənilən razılaşma “sadəcə kağız parçası” olaraq qalacaq.
