Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 264,7 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 59,3 milyon ABŞ dolları və ya 28,9% çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,81%-i həcmində olub. Bununla da Gürcüstan dövr ərzində Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr siyahısında 7-ci pillədə qərarlaşıb.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 235 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,3 milyon ABŞ dolları və ya təqribən 30% çoxdur.
Dövr ərzində Azərbaycandan Gürcüstana ixrac əməliyyatlarının 120,7 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib. Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Gürcüstan 14% payla 3-cü yerdə qərarlaşıb. Gürcüstana qeyri-neft məhsullarının ixracı ötən ilin ilk üç ayındakı göstərici ilə müqayisədə 40,1 milyon ABŞ dolları və ya 49,7% artıb.
Hesabat dövründə Azərbaycan Gürcüstandan 29,7 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 20,7% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və ya 21,9% azdır.
Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar və ya 29,3% azalıb.
Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə çoxdur.
